
Xarici Ticarət,ölkə içi ticarətə nisbətən daha çox bilgi,təcrübə və risk gərəkdirir.Daxili ticarətdə biraz marketinq bilgin olsa,bu məhsula tələbat varsa asanlıqla sata bilirsən.Ama xarici ticarətdə bu o qədər də asan deyil.İlk öncə xarici dil bilən,və bununla yanaşı xarici ticarət əməliyyatlarını bilən işçi lazımdır.Təəssüfki ölkəmizdə belə işçi tapmaq çətindir.Bunun üçün isə təhsil çox önəmlidir.Hələdə çox universitetimizdə Xarici Ticarət üzrə təhsil verən fakültələr mövcud deyil.Halbuki ölkəmizin gələcəyi şirkətlərimizin istehsalından və global bazarda yer almalarından asılıdır
.Azərbaycan Post-Sovet ölkələrindən biri olduğu üçün,kapitalist sistemə uyğunlaşmaq zaman tələb edir.Hələdə sovet fikriylə düşünən insanlarımız vardır.Düzdür ölkədə sənayenin,girişimciliyin inkişafı üşün devlətin rolu böyükdür,amma insanların,vətəndaşların da düşüncə tərzində dəyişiklik önəmlidir.Biz artıq sovet düşüncəsindən qurtulmalı və kapitalist düşüncəyə yiyələnməliyik.
Gələk mövzumuza.Xarici Ticarətdə inkişaf etmənin birinci yolu Xarici dil bilməkdir.Bunlardan ilk sırada İngilis Dili gəlir,amma Post-Sovet ölkələriylə istər gömrük taariflərində olan endirimlərdə,istər həyat tərzlərimizdə olan oxşarlıqları nəzərə alsaq,Rus-Dili olmazsa olmazlardandır.Biz bu ölkələrdə rus dilində rahatlıqla ünsiyyət qura bilər,ixaracat eləyə bilərik.Təbii ki Rusya özü də bizim üçün böyük bazar ola bilər.İkinci yol,Beynəlxalq sərgilərdə iştirak etmək,bunları fürsət olaraq görməkdir.Dünya İqtisadiyyatının getdiyi yolu,trendi bilmək,ölkələrin gələcək iqtisadi vəziyyəti haqqında təxmini fikirlərə sahib olmaq lazımdır.
Xarici ticarətdə bizim yetəri qədər inkişaf eləmiş işçi qüvvəmiz olmasa,dünya bazarlarına çıxmaqda hərzaman çətinlik çəkəcəyik.




